Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Sosial Dəstək Mərkəzi 2023-cü ili 156 min manat zərərlə başa vurub.
FED.az bu barədə Mərkəzin illik maliyyə hesbatına istinadən xəbər verir.
Halbuki, Mərkəz 2022-ci ildən 190 min manat xalis zərərlə çıxmışdı. Bu illik zərərin 34,2 min manat (18%) azalma deməkdir.
2023-cü ildə Sosial Dəstək Mərkəzinin işçi heyəti ilə bağlı xərcləri 510 min manat , sosial xidmət və maddi yardım xərcləri 245,6 min manat, köhnəlmə və amortizasiya xərcləri 203,4 min manat, inzibati və digər əməliyyat xərcləri isə 64,8 min manat, cəmi əməliyyat xərcləri 1 milyard 23,8 milyon manat təşkil edib.
İllik müqayisədə işçi heyəti ilə bağlı xərcləri 4,7 min manat (1%) , sosial xidmət və maddi yardım xərcləri 100,4 min manat (69%) artıb, köhnəlmə və amortizasiya xərcləri 13,4 min manat (6%) azalıb, inzibati və digər əməliyyat xərcləri isə 13,1 min manat (25%) , cəmi əməliyyat xərcləri 104,8 milyon manat (11,4%) artıb.
2023-cü ildə Sosial Dəstək Mərkəzinin əməliyyat gəlirləri 867,8 min manat olub ki, bu da 2022-ci ilə nisbətən 142,8 min manat və ya 19,7% çoxdur.
Mərkəz 2023-cü ildə 2 milyon 937 min manat akitvləri, həm də balans kapitalına malik olub. Bu da illik müqayisədə 156,1 min manat və ya 5% azdır. Hesabat dövründə Mərkəzin öhdəlikləri olmayıb.
Mərkəzin yığılmış zərəri də 156,1 min manat (40,8%) artaraq 538,7 min manta yaxınlaşıb.