"Azərxüsusisənayeinvest" QSC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, QSC-nin 2023-cü ildə gəlirlər 740.7 min manat təşkil edib. Bu da 2022-ci ilin göstəricisi olan illik müqayisə ilə 327.6 min manat və ya 79.3% artım deməkdir.
Əmək haqqı və işçilərlə bağlı digər xərclər 2023-cü ildə 460.3 min manata bərabər olub ki, bu da son bir il ərzində 161,6 min manat və ya 54.1% çoxdur.
Köhnəlmə və amortizasiya xərcləri 17 min manat və ya 19.2% artaraq 2023-cü ildə 105.4 min manata yüksəlib,
Yanacaq xərcləri illik müqayisədə 9.3 min manat və ya 17.4% azalaraq 44,1 min manata düşüb..
Ezamiyyə xərcləri 2023-cü ildə 12.7 min manata bərabər olub. Bu do son bir illə müqayisədə 60,5 min manat və ya 5,8 dəfə azdır.
"Azərxüsusisənayeinvest" QSC 2023-cü ildə 40.2 min manat xalis mənfəət əldə edib. Halbuki, 2022-ci ildə isə 149 min manat zərər etmişdi. Cəmiyyət bu dövrdə 40,2 min manat mənfəət vergisi ödəyib.
"Azərxüsusisənayeinvest" QSC ötən il 1 milyon 573 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 92 min manat (6,2% artıb.
Öhdəliklər isə son bir il ərzində 52 min manat (56,5%) artaraq 144 min manata yüksəlib.
Balans kapitalında 40 min manat (2,9%) artım baş verib və 1 milyon 429 min manat təşkil edib.