Sahibkarlığın İnkişafı Fondu ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, Fond ötən ili 47 milyon 314 min manat xalis mənfəətlə yekunlaşdırıb. 4 milyon 68 min manat mənfəət vergisi ödəyib. Vergi ödəmələri son bir ildə 1 milyon 463 min manat və ya 56,2% artıb.
Xalis mənfəətdə isə 2023-cü ilə nəzərən 34 milyon 811 min manat (3,8 dəfə) artım baş verib.
Fondun faiz gəlirləri 27 milyon 505 min manat, digər əməliyyat gəlirləri 182 min manat, əməliyyat gəliri 27 milyon 687 min manat olub. İllik müqayisədə faiz gəlirləri 7 milyon 164 min manat (35,2%), əməliyyat gəliri 6 milyon 908 min manat (33,2%) artıb.
Hesabat dövründə əməliyyat xərcləri 669 min manat və ya 9% artaraq 8 milyon 111 min manata yüksəlib.
Fond ötən il 1 milyard 57 milyon manat aktivlərə malik olub. Aktivlər son bir ildə 46 min manat və ya 4,5% artıb.
Aktivlərin 164 milyon 775 min manatı nağd pul vəsaitlərinin, 126 milyon 283 min manatı banklarda olan depozitlərin, 679 milyon 196 min manatı investisiya qiymətli kağızlarının, 79 milyon 122 min manatı kredit təşkilatlarına verilmiş kreditlərin, 7 milyon 339 min manata əmlak, avadanlıq və qeyri-maddi aktivlərin, 673 min manatı isə digər aktivlərin payına düşüb.
İllik müqayisədə nağd pul vəsaitləri 15 milyon 694 min manat (10,5%), banklarda olan depozitlər 41 milyon 827 min manat (49,5%), digər aktivlər isə 563 min manat (6,1 dəfə) artıb.
Fondun öhdəlikləri 1263 dəfə artaraq 1 milyard 57 milyon manata çatıb, balans kapitalı olmayıb.