"Şərq-Qərb" ASC 2024-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, nəşriyyatın ötən il 11 milyon 713 min manat gəlirləri olub. Gəlirləri 512 min manat (4,2%) azalıb.
Satışın maya dəyəri 4 milyon 997 min manata bərabər olub ki, bu da illik müqayisədə 106 min manat (2,1%) azalma deməkdir.
Beləliklə, ümumi gəlir 405 min manat (5,7%) azalaraq 6 milyon 717 min manata düşüb.
Nəşriyyatın ümumi xərcləri 5 milyon 661 min manata bərabər olub ki, onun da 668 min manatı kommersiya, 4 milyon 963 min manatı inzibati, 30.1 min manatı gəlirdən çıxılan vergilərin payına düşüb.
İllik müqayisə ilə cəmi xərclər 157 min manat (2,7%), kommersiya xərcləri 2 milyon 940 min manat (5,4 dəfə) azalıb, mənfəətdən çıxılan digər vergilər 1,6 min manat (5,8%), inzibati xərclər 2 milyon 782 min manat (2,3 dəfə) artıb.
212 min manat mənfəət vergisi ödənişindən sonra "Şərq-Qərb" ASC ötən ili 843 min manat xalis mənfəətlə başa vurub. 2023-ci illə müqayisədə nəşriyyatın mənfəəti 201 min manat (19,3%) azalıb. Şirkətin mənfəət vergisi ödənişində isə 49,7 min manat (19%) azalma baş verib.
"Şərq-Qərb" ASC ötən il 9 milyon 469 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 441 min manat (4,9%) artıb.
Öhdəliklər 403 min manat (2,4 dəfə) azalaraq 293 min manata düşüb.
Balans kapitalında 845 min manat və ya 10,1% artım olub və 9 milyon 177 min manata çatıb.
Bölüşdürülməmiş mənfəəin həcmi eyni həcmdə (10,9%) artımla 8 milyon 587 min manatı ötüb.