Dünyanın müxtəlif bölgələrindən Azərbaycana qida məhsullarının idxalı ilə məşğul olan "Merona-Baku" bu ilin I yarısı üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ilk yarım ildə 13 milyon 979 min manat cəmi əməliyyat gəliri əldə edib. Satışın maya dəyəri üzrə xərclər isə 10 milyon 367 min manata bərabər olub.
Nəticədə, şirkətə ümumilikdə 3 milyon 612 min manat ümumi mənfəət qalıb.
Hesabat dövründə "Merona-Baku"nun sair əməliyyat gəlirləri olmayıb, kommersiya xərcləri 471,3 min manat, inzibati xərcləri 595,1 min manat, sair əməliyyat xərcləri 37,3 min manat, əməliyyat mənfəəti 2 milyon 509 min manat təşkil edib. Maliyyə xərcləri 717,7 min manata bərabər olub.
358 min manatlıq mənfəət vergisi ödənişindən sonra qida idxalçısı I yarımili 1 milyon 432 min manat xalis mənfəətlə başa vurub.
Hesabat dövründə "Merona-Baku" 18 milyon 556 min manat cəmi aktivlərə. 14 milyon 669 min manat öhdəliklərə, 3 milyon 887 min manat cəmi kapitala malik olub.