"İnternational Leasing" şirkətinin 2023-cü il üzrə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki. lizinq şirkətinin əsas əməliyyat gəlirləri 46,6 min manat, satışın maya dəyəri 24 min manata bərabər olub.
Bununla yanaşı əmək haqqı xərcləri 13,9 min manat, sosial sığorta ayırmaları 2,8 min manat təşkil edib.
Lizinq şirkətinin 18,3 min manatlıq inzibati xərclərinin 4 min manatını reklam, 11 min manatı icarə, təmir, 3,2 min manatı isə bank xidmətinin payına düşüb.
Hesabat ilini şirkət 3,4 min manatlıq xalis mənfəətlə tamamlayıb.
Lizinq şirkətinin ötən ilin sonuna 594,2 min manat cəmi aktivlərə, 540,9 min manat öhdəliklərə, 53,4 min manat balans kapitalına, 50 min manat nizamnamə kapitalına malik olub.