Bakalavriat səviyyəsi üzrə bəzi ixtisaslarda 3 illik təhsil mümkündür. Amma orta məktəblərdə 12 illik təhsilə keçid nəzərdə tutulmur.
Milli Məclisdə 3 illik bakalavr proqramının tətbiqi təklif olunub
FED.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ili ilə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.
E. Əmrullayev qeyd edib ki, təhsilalanların yaşı da nəzərə alınmalıdır.
"Məsələn turizimin təşkili ixtisasını bəlkədə 3 il oxumaq olar. Amma hüquq kimi ixtisasda düşünmək lazımdır. Mənə görə, mühəndis hazırlamaq kifayət qədər çətindir.
Biz Bolonya sisteminə keçiddə ixtisasları eyni qəlibə yığmağa çalışmışıq. İndidə bəzi ixtisaslar 5 il, bəzisi 4 ildir. Bu peşənin mahiyyətindən aslıdır”, - deyə nazir bildirib.
E. Əmrullayev əlavə edib ki, ixtisasların müddəti müzakirə edilməlidir.
“Bu zaman qoşulduğumuz beynəlxalq sənədləri nəzərə almalıyıq”. (Trend)












