Azərbaycanda bank xidmətləri üzrə rəqabətin ciddiolduğu sahələrdən biri də kredit kartları üzrə güzəşt müddətidir.
FEDöaz xəbər verir ki, kart istifadəçilərinın sayı və onlayn ödənişlərin həcmi artdıqca, kart xidmətləri üzrə bankların təklifləri və güzəştləri də artır. Kredit kartlarında seçim kriteriyalarından biri faiz dərəcəsi ilə yanaşı kartla əməliyytalarda güzəşt müddətidir.
Ölkə bankları, xüsusilə də istehlak kreditləri və mikrokredit ayıran banklar bu sahədə maraqlı təkliflər edirdər.
FED.az-ın araşdırması göstərir ki, bəzi banklarda kredit (taksit) kartları üzrə güzəşt müddəti bəzən 70-72 günə çatır. Bu müddət maaşı və ya digər gəliri alıb kredit bağlamaq üçün kifayət edir.
Bəzi banklarda isə əksinə, ümumiyyətlə güzəşt müddəti nəzərdə tutulmayıb.
Hələlik bazarda kredit kartları üzrə ən uzun güşzəşt mülddətini «Unibank», «Rabitabank» və «Yelobank» təklif edir – 70-72 gün.
Bank sektorunun liderləri və güclü rəqiblər ABB, «Kapitalbank», eləcə də «Bank of Baku»da isə güzəşt müdldəti 60-63 gün arasında dəyişir.
Digər banklarda güzəşt müddəti 30-45 arasındadır. Başqa bir məqam var ki, güzəşt müddəti ilə bağlı əlavə şərtlər də mövcuddur. Məsələn, bəzi banklarda güzəşt müddəti bütün əməliyyatlara, digərində isə yalnız seçilmiş əməliyyatlara aiddir.
«Unibank» - 72 gün
UCard üzrə güzəşt müddəti 72 günədək göstərilir və bu bankın bütün əməliyyatlarına şamil edilir. Məsələn, yanvarda yaranmış borcun son ödəniş tarixi 10 mart hesab edilir. Kredit faizinə gəlincə, FİFD 27–29,49% təşkil edir.
«Yelo Bank» – 70 gün
Yelo kredit kartında maksimum 10 000 AZN kredit limiti, 24 ayadək taksit və 70 günədək güzəşt müddəti var. Amma güzəşt yalnız nağdsız POS və onlayn əməliyyatlara şamil edilir. Kartdan-karta köçürmə, kredit ödənişi və s. istisnadır.
Kapital Bank – 63 gün
«Kapital Bank»da «Birbank Cashback», «Birbank Umico» və «Birbank Miles» üçün 63 günədək güzəşt müddəti nəzərdə tutulub. Kredit limitindən nağdlaşdırma, köçürmə və kredit ödənişi üçün istifadə zamanı isə 25% kredit faizi göstərilir.
ABB – 60 gün
TamKartda güzəşt müddəti 60 günədəkdir. ABB konkretləşdirir ki, 20 AZN-dən yuxarı ölkədaxili və ölkəxarici qeyri-taksit əməliyyatlarına 60 günədək güzəşt tətbiq olunur. «TamKart Premiumda» da güzəşt müddəti 60 gündür.
Bank of Baku – 60 gün
Bolkart Kredit məhsullarında maksimum 60 günədək güzəşt müddəti nəzərdə tutulub. Buq ayda «Bolkart Gold» və «Bolkart Diamond»a da aiddir. Kredit limitləri müvafiq məhsuldan asılı olaraq 10 min, 15 min və 30 min AZN-dək yüksəlir.
AccessBank – 50 gün
AccessBankın myCard Kredit kartında kredit limiti 10 000 AZN-dək, müddət 36 ay, illik faiz 24–26%, güzəşt müddəti isə 50 günədəkdir. AccessBankın ayrıca OK Kart məhsulu da var, amma onda güzəşt müddəti 30 günədəkdir.
AFB Bank – 50 gün
AFB Bankın istehlak məqsədli «Mono» kredit kartında limit 500–30 000 AZN, faiz 18%-dən, müddət 12–36 ay və güzəşt müddəti 50 günədəkdir.
Bank Respublika — 45 gün
Visa və Mastercard Neo Standard/Premium kartlarında kredit xətti üçün 45 gün nəzərdə tutulub. Neo Standard üzrə limit 5 min, Neo Premium üzrə 15 min manatadəkdir.
Premium Bank – 45 gün
Premium Bankda fərqli kartlarda fərqli müddət var. AllMiles kartları üzrə 45 gün, digər plastik kartlar üzrə isə 30 gün güzəşt müddəti tətbiq edilir. Kredit xətti 20 000 AZN-dəkdir.
Expressbank — 40 gün
Expresso Standard, Expresso Platinum, Visa Infinite və Mastercard Black Edition kredit kartlarında 40 günədək güzəşt müddəti göstərilir. Standard kartda güzəşt növbəti ayın 10-dək tətbiq edilir.
Azər-Türk Bank – 40 günədək
ATB-də ATB Card Kredit kartı üzrə 10 min manatadək kredit xətti nəzərdə tutulur. Kart üzrə 40 günədək güzəşt müddəti göstərilir.
Ziraat Bank Azərbaycan — 40 gün
Bankkart Kredit və Bankkart Prestij Kredit üzrə 40 günədəkdir. Bankkartın standart məhsulunda güzəşt müddətinin növbəti ayın 10-dək olduğu bildirilir.
Xalq Bank — 35 gün
Xalq Bankın ayrıca kredit kartı məhsulunda maksimum limit 50 000 AZN, faiz 14–20%, güzəşt müddəti isə 35 günədəkdir. İstifadə edilmiş məbləğ növbəti təqvim ayının 5-dək qaytarılarsa faiz hesablanmır.
TuranBank — 30 gün
TuranBankın Mastercard kredit kartında kredit vəsaiti 30 gün ərzində geri qaytarılarsa faiz hesablanmır. Kredit limiti 5 000 manatadəkdir.
Bankların kredit kartlarında güzəşt müddəti
|
№ |
Bank |
Kart / məhsul |
Maksimum faizsiz güzəşt müddəti |
Vacib qeyd |
|
1 |
Unibank |
UCard |
72 günədək |
Bütün əməliyyatlara aiddir |
|
2 |
Rabitəbank |
Premium Kartmane Kredit |
70 günədək |
Yalnız nağdsız əməliyyatlarda; nağdlaşdırmaya güzəşt yoxdur |
|
3 |
Yelo Bank |
Yelo kredit/taksit kartı |
70 günədək |
POS və onlayn alışlara aiddir. P2P, kredit ödənişi, quasi-cash və s. daxil deyil |
|
4 |
Kapital Bank |
Birbank Cashback |
63 günədək |
Kredit/taksit kartının güzəşt müddəti |
|
5 |
ABB |
TamKart |
60 günədək |
20 AZN-dən yuxarı qeyri-taksit əməliyyatlarına |
|
6 |
Bank of Baku |
Bolkart Kredit |
60 günədək |
Bolkart Gold/Diamond və s. |
|
7 |
AccessBank |
myCard Kredit |
50 günədək |
Bütün xərcləmələrə aiddir |
|
8 |
AFB Bank |
Mono Kredit kartı |
50 günədək |
|
|
9 |
Bank Respublika |
NeoKart Standard / Premium |
45 gün |
Standard 5 000, Premium 15 000 AZN-dək kredit xətti |
|
10 |
Premium Bank |
AllMiles kredit xətti |
45 gün |
Digər plastik kartlarda 30 gün |
|
11 |
Expressbank |
Expresso Kredit |
40 günədək |
Növbəti ayın 10-dək |
|
12 |
Ziraat Bank Azərbaycan |
Bankkart Kredit |
40 günədək |
Növbəti ayın 10-dək |
|
13 |
Azər-Türk Bank |
ATB Card Kredit |
40 günədək |
|
|
14 |
Bank Avrasiya |
Visa Infinite kredit təklifi |
40 günədək |
|
|
15 |
Xalq Bank |
Kredit kartı |
35 günədək |
İstifadə olunan məbləğ növbəti ayın 5-dək tam ödənilməlidir |
|
16 |
TuranBank |
Mastercard kredit kartı |
30 gün |
İstifadə edilmiş məbləğ 30 gün ərzində qaytarılarsa faiz hesablanmır |
|
17 |
Azərbaycan Sənaye Bankı |
Super Extra / kredit kartları |
Bazarstore-da 3 ay faizsiz taksit |
Super Extra-da Bazarstore-da 3 ay faizsiz taksit var, amma bunu klassik grace period saymaq olmaz |
|
18 |
Yapı Kredi Bank Azərbaycan |
Worldcard |
||
|
19 |
VTB Azərbaycan |
— |
||
|
20 |
PAŞA Bank |
— |













