“Azərişıq” Xocalıda elektrik şəbəkələrinin yenidən qurulmasına 7.8 milyon manatdan çox vəsait yönəldir.
FED.az xəbər verir ki, “Azərişıq” ASC Xocalı rayonunun bir sıra yaşayış məntəqələrinin xarici və daxili elektrik şəbəkəsinin 35 və 0,4 kV-luq özünüdaşıyan izolyasiyalı naqillər (ÖİN) şəbəkəsi ilə tam yenidən qurulması və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə keçirdiyi açıq tender müsabiqəsini yekunlaşdırıb.
Dövlət satınalmaları portalının rəsmi məlumatlarına əsasən, iri həcmli satınalma müsabiqəsinin qalibi “Harmony Industrial Construction and Engineering Group” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib.
Qalib şirkətlə bağlanan satınalma müqaviləsinin ümumi maliyyə dəyəri 7 880 420 manat təşkil edir. (Banker)













