Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Şəmkir rayonunda icrası diqqətdə saxlanılır, Proqramda müəyyənləşdirilən hədəflərə uyğun olaraq aqrar sahənin inkişafı, istehsalın və məhsuldarlığın artırılması, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi və fermerlərin fəaliyyət imkanlarının artırılması istiqamətində tədbirlər həyata keçirilir.
Dövlət Proqramının icrası ilə bağlı təsdiq edilmiş İş Planına uyğun olaraq rayon ərazisində kənd təsərrüfatının müxtəlif istiqamətləri üzrə fəaliyyət göstərən təsərrüfatlara baxış keçirilir, fermerlərlə görüşlər təşkil olunur, onların qarşılaşdıqları məsələlər yerində öyrənilir və müvafiq təkliflər dinlənilir. Məqsəd dövlət tərəfindən yaradılmış imkanlardan səmərəli istifadənin təmin edilməsi və müəyyənləşdirilən vəzifələrin praktik müstəvidə həyata keçirilməsidir.
FED.AZ xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 11-ci ərazi sektorunun müdiri Elvin Azadəliyev və rayonda Dövlət Proqramıın icrası istiqamətində yaradılmış qərərgahın üzvləri bir sıra təsərrüfatlara baxış keçirib, fermerlərlə görüşüb, görülən işlərlə yaxından tanış olublar.
Şəmkir Aqroparkında keçirilən görüşdə müəssisənin mövcud vəziyyəti, bağçılıq sahəsində planlaşdırılan tədbirlər, həmçinin su resurslarından səmərəli istifadə məqsədilə nəzərdə tutulan layihələr müzakirə edilib.
Rəşad Tağıyev çıxışında kənd təsərrüfatının rayonun sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd edərək, Dövlət Proqramından irəli gələn vəzifələrin icrası zamanı aidiyyəti dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin və fermerlərin qarşılaşdıqları problemlərin operativ həllinin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Bağçılıq və istixana təsərrüfatlarına baxış zamanı isə bu sahələrin inkişafı üçün mövcud imkanlar nəzərdən keçirilib.
Bildirilib ki, Dövlət Proqramında intensiv bağçılığın genişləndirilməsi, yeni texnologiyaların tətbiqi, istixana təsərrüfatlarının müasirləşdirilməsi və istehsal imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər nəzərdə tutulur. Şəmkirin əlverişli iqlim şəraiti və formalaşmış aqrar infrastrukturu, həmçinin sahibkarların zəngin təcrübəsi bu sahələrin inkişafı üçün geniş imkanlar yaradır.
Heyvandarlıq təsərrüfatında aparılan işlərlə tanışlıq zamanı yüksək məhsuldar cins heyvanların sayının artırılması, yem bazasının gücləndirilməsi, baytarlıq xidmətlərinin əlçatanlığının təmin edilməsi və müasir təsərrüfat idarəçiliyinin tətbiqi ilə bağlı məsələlər müzakirə olunub. Dövlət Proqramında heyvandarlığın inkişafı üzrə müəyyənləşdirilən hədəflərin rayonda həyata keçirilməsi, məhsuldarlığın yüksəldilməsi və istehsal imkanlarının artırılması istiqamətində işlərin davam etdirilməsinin vacibliyi qeyd edilib.
Fermerlərlə görüşlər zamanı onların fəaliyyətində qarşılaşdıqları məsələlər dinlənilib, mövcud imkanlar və qarşıda duran vəzifələr ətrafında fikir mübadiləsi aparılıb.
Rayon İcra Hakimiyyəti başçısının yanında fəaliyyət göstərən qərərgahın iclasında fermerlərin təkliflərinin nəzərə alınması, problemlərin həlli üçün zəruri tədbirlərin görülməsi və Dövlət Proqramında müəyyənləşdirilən hədəflərin icrasının təmin edilməsi ilə bağlı məsələlər diqqətə çatdırılıb.
Qeyd edək ki, rayonda aqrar sahənin ayrı-ayrı istiqamətləri üzrə fəaliyyətin mütəmadi izlənilməsi, təsərrüfatlara yerində baxışların keçirilməsi və fermerlərlə birbaşa ünsiyyətin davam etdirilməsi Dövlət Proqramının icrasının səmərəli təşkilinə xidmət edir





![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1906479.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3590130.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3901937.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/500593.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2346247.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/2371268.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/3467064.jpg)
![Şəmkirdə Dövlət Proqramı üzrə görülən işlər müzakirə olundu, təsərrüfatlara baxış keçirildi - [red]FOTOLAR[/red] | FED.az](/upload/news/small/1682565.jpg)







