2023-cü ilin yanvar-oktyabr aylarında "Azəralüminium" MMC 109,9 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Azəralüminium" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 4-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 6,5 milyon dollar və ya 5,6% azdır.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "Azəralüminium" MMC 116,4 milyon dollar dəyərində məhsul ixrac edib.