2023-cü ilin yanvar-oktyabr aylarında "Socar Polymer" MMC 253,4 milyon dollar dəyərində məhsul ixrac edib.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.
Hesabata əsasən "Socar Polymer" MMC qeyri-neft sektoru üzrə dövlətə məxsus əsas ixracatçı subyektlərin reytinqində 3-cü yerdə durur.
Həmin göstəricinin həcmi ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 89,6 milyon dollar və ya 54,7% çoxdur.
Qeyd edək ki, 2022-ci ilin ilk 10 ayı ərzində "Socar Polymer" MMC 163,8 milyon dollar dəyərində məhsul ixrac edib.