Pirallahıda şpris istehsalı ilə məşğul olan “Diamed Co” Şpris İstehsalı Zavodu 2023-cü ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət şpris satışından 9 milyon 646 milyon manat gəlir əldə edib. Gəlirlər illik müqayisədə 1 milyon 956 min mant və ya 25,4% artıb.
Satışın maya dəyəri 87 min manat və ya 2% artaraq 5 milyon 43 min manata yüksəlib.
Beləliklə, şirkətin xalis gəlirləri 4 milyon 603 min manata bərabər olub. Bu da illik müqayisə ilə 1 milyon 869 min manat, başqa sözlə 68% çoxdur.
Şirkətin inzibati xərcləri 802,2 min manat, əməliyyat gəlirləri 3 milyon 800 manat təşkil edib. İnzibati xərcləri 273,8 min manat (51,8%), əməliyyat mənfəəti 1 milyon 594 min manat (72%) artıb.
Şirkət ötən il mənfəət vergisi ödəməyib, 2023-cü ili 3 milyon 560 min manat xalis mənəətlə bitirib. Xalis mənfəətdə illik 1 milyon 383 min manat (63,5%) artım qeydə alınıb.
"Diamed CO" ötən il 17 milyon 318 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 4 milyon 322 min manat (33,3%) artıb.
Öhdəliklər 2 milyon 762 min manat (80%) artaraq 6 milyon 211 min manata, balans kapitalı isə 1 milyon 560 min manat (16%) artaraq 11 milyon 106 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi 1 milyon 586 min manata bərabər olub. Bu da 2022-ci ilə nisbətən 61 dəfə çoxdur.