2024-cü ilin yanvar ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,8 milyon ABŞ dolları) birinci, xurma (17,1 milyon ABŞ dolları) ikinci və pomidor (tomat) (16,6 milyon ABŞ dolları) üçüncü olub.
FED.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın fevral sayına istinadən xəbər verir.
Bundan başqa həmin mallar sırasında 15,54 milyon dollarlıq pambıq mahlıcı, 10,4 milyon dollarlıq karbamid, 10,2 milyon dollarlıq meşə fındığı ixrac edilib.
Əvvəlki ilin yanvar ayı ilə müqayisədə elektrik enerjisinin istehsalı 2,5 dəfə, pambıq mahlıcı 31,6%, meşə fındığının xiracı 13,6% azalıb, xurma ixracı 58,3%, pomidor ixracı 58,1%, karbamid ixracı isə 10,6% artıb.