“Green Food Group” QSC-nin 2022-ci il üzrə maliyyə nəticələri məlum olub.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət 2022-ci ili 303,2 min manat xalis mənfəətlə başa vurub. Xalis mənfəət son bir ildə 3,2 min manat artıb. Bu dövrdə şirkət 75,8 min manat mənfəət vergisi ödəyib.
“Green Food Group” QSC-nin əsas əməliyyat gəlirləri 1 milyon 318 min manat təşkil edib. Gəlirlər illik müqayisədə 59 min manat (4,7%) artıb.
Satışın maya dəyəri isə 711,5 min manat olub. Bu da illik müqayisədə 81,1 min manat (12,9%) çoxdur.
Bununla da, QSC-yə 606,3 min manat ümumi mənfəət qalıb ki, bu da 2021-ci ilə nisbətən 32,4 min manat (5,1%) azdır.
İnzibati xərclər 2,7 min manat və ya 1,8% azalaraq 148,2 min manata düşüb.
Əməliyyat mənfəəti isə 29,7 min manat, başqa sözlə 6,1% azalaraq, 458,1 min manata düşüb.
“Green Food Group” QSC 2022-ci ildə ümumilikdə 6 milyon 838 min manat aktivlərə malik olub. Aktivlər son bir ildə 3 milyon 259 min manat və ya 91,1% artıb.
Öhdəliklər isə 10,9 min manat və ya 2,7% azalaraq 391,6 min manata düşüb.
Balans kapitalı 6 milyon 446 min manat olub ki, bu da 2021-ci illə müqayisədə 3 milyon 271 min manat və ya 2 dəfə çoxdur.
Şirkətin bölüşdürülməmiş mənfəətinin həcmi 77,8 min manat, başqa sözlə, 92,7% artaraq 161,7 min manata yüksəlib.
Nizamnamə kapitalı 6 510 dəfə artırılaraq 490 manatdan 3 milyon 190 min 160 manata çatdırılıb.