Azərbaycanın tikinti sektorunfa fəaliyyət göstərən“AS Group Investment” MMC 2022-ci ilin maliyyə hesabatlarını açıqlayıb.
FED.az şirkətin illik hesabatına istinadən xəbər verir ki, şirkətlər qrupu 2022-ci il ərzində 140 milyon 705 min manat gəlir əldə edib. Gəlirlər son bir ildə 64 milyon 636 min manat və ya 85% artıb.
Şirkətin satışlarının maya dəyəri 120 milyon 145 min manat olub ki, bu da 2022-ci illə müqayiəsədə 61 milyon 748 min manat və ya 2,1 dəfə çoxdur.
Beləliklə tikinti şirkəti 20.56 mln. manat ümumi mənfəət əldə etməsi deməkdir.
“AS Group Investment” MMC-nin gəlirlərində digər rol onun fəaliyyət istiqamətindən kənar məzənnə fərqindən 2022-ci ildə müsbət 15.44 mln. manat əldə etməsidir.
2 milyon 918 min manatlıq mənfəət vergisi xərcindən sonra onun il üzrə xalis mənfəəti 16 milyon 827 min manata çatıb. Xalis mənfəət son bir ildə 7 milyon 648 min manat 83,3% çoxdur.
Şirkətin 1 yanvar 2023-cü il tarixinə 432 milyon 063 milyon manatlıq aktivləri var. Aktivlər son bir ildə 6 milyon 146 min manat və ya 1,4% artıb.
Eyni zamanda şirkətin hesabat dövründə 265 milyon 531 min manatlıq öhdəlikləri var. Öhdəliklər son bir ildə 7 milyon 78 min manat (2,7%) artıb.
“AS Group Investment” MMC-nin balans kapitalı 933 min manat (0,6%) azalaraq 166 milyon 532 min manata düşüb.
Tikinti şirkətinin əldə etdiyi xalis mənfəətdən sonra şirkətlər kapitalında 65 milyon 377 min manatlıq bölüşdürülməmiş mənfəət var. Bu mənfəət də 2021-ci illə müqayisədə 8 milyon 848 min manat (15,7%) artıb.
Onu da əlavə edək ki, səhmdarlara hesabat ilində 2 milyon 152 min 677 manat dividend ödənilib. 2021-ci illə müqayisə bu ödəniş 1 milyon 368 min 436 manat (2,7 dəfə) çoxdur.
Şirkətin nizamnamə kapitalı 100 min manat təşkil etsə də, səhmdarların burada 44 milyon 387 min 267 manatlıq əlavə qoyuluşu var.