"Kristal Bakı" Açıq Səhmdar Cəmiyyəti 2025-ci ilin 30 iyun tarixinə olan (ilk yarımil üzrə) mənfəət və ya zərər və digər məcmu gəlirlər haqqında hesabatını açıqlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat şirkətin əsas əməliyyat gəlirlərinin tamamilə dayandığını, xərclərinin artdığını və məcmu zərərin kəskin dərəcədə böyüdüyünü göstərir.
Gəlirlər və ümumi mənfəət
Hesabat dövründə şirkətin əsas fəaliyyətdən gəlirləri olmayıb 2024-cü illdə isə 58 milyon 376,3 min manatgəlir ələ etmişdi
Bununla əlaqədar olaraq, maya dəyəri xərcləri də 0 manat olub . 2024-cü ildə isə 39 milyon 458,2 min manat xərc var idi. Nəticədə şirkətin ümumi mənfəəti formalaşmayıb. Bununla belə 2024-cü ildə 18 milyon 918,1 min manat ümumi mənfəət var idi.
Əməliyyat xərcləri və əməliyyat zərəri
Gəlirlərin olmamasına baxmayaraq, şirkətin əməliyyat xərcləri artmaqda davam edib:
İnzibati və ümumi xərclər 20 milyon 76,9 min manata bərabər olub. Bu, 6 aylıq müqayisədə 8 milyon 427,1 min manat (72,3%) artımdır.
Əvvəlki il olmayan kommersiya xərci bu dövrdə 402,1 min manat təşkil edib.
Digər gəlir kəskin düşərək 0,3 min manat (yəni 262 manat) olub. Bu,yarım iı ərzində 841,2 min manat təxminən 3 min 210,8 dəfə azalmadır.
Sair əməliyyat xərcləri 2 dəfə azalaraq 130 min manata enib.
Məzənnə fərqi üzrə ötən ilin ilk yarısında 651,9 min manat zərər qeydə alındığı halda, bu il 512,9 min manat gəlir (müsbət fərq) yaranıb.
Bütün bu dəyişikliklərin nəticəsində şirkətin əməliyyat zərəri 20 milyon 95,9 min manat təşkil edib. Xatırladaq ki, şirkət 2024-cü ili 7 milyon 197,2 min manat əməliyyat mənfəəti ilə başa vurmuşdu.
Maliyyə fəaliyyəti və yekun zərər
Maliyyə xərcləri 14 milyon 953 min manata bərabər olub. Bu, da xərclərin yarım il ərzində 5 milyon 107,5 min manat başqa sözlə (25,5%) azaldığını göstərir
Faiz gəliri isə əksinə, il ərzində 5 milyon 361 min manat (61,1%) artımla 14 milyon 129,5 min manata yüksəlib.
Maliyyə nəticələri nəzərə alındıqdan sonra, şirkətin vergidən əvvəlki zərəri 20 milyon 919,4 min manata bərabər olub. Bu, 2024-cü ilin göstəricisi (4 milyon 94,8 min manat) ilə müqayisədə zərərin təxminən 5,1 dəfə artması deməkdir.
Hesabat ilində şirkət 4 milyon 183,9 min manat mənfəət vergisi ödəyib ki, bu da əvvəlki ilin sonu ilə müqayisədə (817,1 min manat) təxminən 5,1 dəfə çoxdur.
Yekun nəticədə, "Kristal Bakı" ASC-nin il üzrə cəmi məcmu zərəri 16 milyon 735,5 min manata çatıb. Bu, 2024-cü ilin yekun zərəri (3 milyon 277,7 min manat) ilə müqayisədə zərərin təxminən 5,1 dəfə dərinləşməsi deməkdir.
Aktivlər
Şirkətin cəmi aktivləri 2025-ci ilin ilk yarısının sonu üzrə 769 milyon 765,4 min manat təşkil edib. Bu, 2024-cü ilin sonu (668 milyon 963,2 min manat) ilə müqayisədə 100 milyon 802,2 min manat (15,1%) artım deməkdir.
Cəmi uzunmüddətli aktivlər .2024-cü ildəki 155 milyon 762,4 min manat ilə müqayisədə 764,6 min manat (0,5%) azalaraq 154 milyon 997,7 min manata düşüb.
Məhdudiyyət qoyulmuş pul vəsaitləri 87 milyon 897,7 min manata bərabər olmaqla, 11 milyon 816,7 min manat (11,8%) azalıb.
Təxirə salınmış vergi aktivləri 26 milyon 682,1 min manat təşkil edərək, 4 milyon 183,9 min manat (18,6%) artıb.
Şirkət 2025-ci ilin ilk yarısında 4 milyon 571 min manat həcmində yeni uzunmüddətli borc verib.
Cəmi cari aktivlər sıçrayış edərək 614 milyon 767,7 min manata bərabər olub. Bu, əvvəlki ilin sonu ilə müqayisədə 101 milyon 566,9 min manat (19,8%) artımdır.
Tikilməkdə olan mal-material ehtiyatları (şirkətin ən böyük aktivi) 24 milyon 596,4 min manat (5,6%) artaraq 466 milyon 547,4 min manata çatıb.
Mal-material ehtiyatları 88 milyon 224,1 min manata bərabər olub. Yarım il ərzində 64 milyon 92,3 min manat (~3,7 dəfə) artıb.
Pul vəsaitləri və onların ekvivalentləri kəskin artaraq 11 milyon 114,4 min manat təşkil edib. Bu, 6 əy ərzində 10 milyon 575,2 min manat (~20,6 dəfə) artım deməkdir.
Öhdəliklər
Şirkətin cəmi öhdəlikləri aktivlərindən daha böyükdür və 2025-ci ilin ortasına 818 milyon 910 min manata bərabər olub. Bu, 2024-cü ilin sonu ilə müqayisədə 117 milyon 537,7 min manat (16,8%) artım deməkdir.
Cəmi uzunmüddətli öhdəliklər 749 milyon 261,6 min manata təşkil edib. Bu da əvvəlki ilin sonu müqayisədə 113 milyon 251 min manat (17,8%) artıma bərabərdir.
Alınmış avanslar (əsasən müştərilərdən) 70 milyon 403,3 min manat (21,7%) artaraq 395 milyon 224,9 min manata yüksəlib.
Uzunmüddətli borc vəsaitləri , 27 milyon 822,7 min manat (16,7%) artaraq 194 milyon 380,7 min manata, təsisçilərdən alınmış borc öhdəlikləri 14 milyon 926,2 min manat (10,5%) artaraq 157 milyon 243,2 min manata, cəmi cari öhdəliklər 4 milyon 286,7 min manat (6,6%) artaraq 69 milyon 648,4 min manata. qısamüddətli borc vəsaitləri , 4 milyon 274,6 min manat (28,3%) artaraq 19 milyon 399,3 min manata çatıb.
Kapital
Böyük miqyaslı zərərlər şirkətin kapitalını yeyərək kəskin mənfiyə salıb. Cəmi kapital 2025-ci ilin ortasına mənfi 49 milyon 144,5 min manat (kapital kəsiri) təşkil edib. Bu, 2024-cü ilin sonundakı mənfi saldonun (32 milyon 409 min manat) daha 16 milyon 735,5 min manat (~1,5 dəfə) dərinləşməsi deməkdir.
Nizamnamə kapitalı 1 milyon manat səviyyəsində qalsa da, yığılmış zərər 50 milyon 144,5 min manata çatıb. Zərər ötən ilin sonundakı 33 milyon 409 min manatla müqayisədə 16 milyon 735,5 min manat (~1,5 dəfə) böyüyüb.
















