“A+CO” şirkəti 2023-cü ilin maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2023-cü ildə 54 milyon 447,8 min manat gəlir əldə edib. Gəlirlər illik müqayisədə 22 milyon 701 min manat, başqa sözlə 71,5% artıb.
Spirtli içki istehsalçısı bu dövrdə 43 milyon 695 min manat maya xərci çəkib. 2022-ci ildə isə bu xərclər olmayıb.
Yekunda ümumi xərclər son bir il ərzində 20 milyon 994 min manat və ya 3 dəfə azalaraq 10 milyon 753 min manata düşüb.
Hesabat dövründə şirkətin sair əməliyyat gəlirləri 916,5 min manat, xərcləri 607,2 min manat, debitor borcları üzrə gözlənilən itki 2 milyon 242,6 min manata bərabər olub. 2022-ci ilin sonunda bu göstəricilər qeydə alınmayıb.
İnzibati və ümumi xərclər son bir il ərzində 4 milyon 729 min manat (41,1%) azalaraq 6 milyon 781 min manata düşüb.
Şirkətin əldə etdiyi ümumi mənfəət 2 milyon 38 min manata bərabər olub ki, bu da 2022-ci ilin göstəricilərindən 234 min manat (10,3%) azdır.
“A+CO” 149,1 min manat mənfəət vergisi ödənişindən sonra 2023-cü ili 1 milyon 889 min manat xalis mənfəətlə başa vurub. Mənfəət vergisi ödənişi 78,1 min manat (34,4%), xalis mənfəətin həcmi 156 min manat (7,6%) azalıb.
“A+CO” 2023-cü ildə 82 milyon 690,5 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 3 milyon 166 manat (4%) artıb.
Öhdəliklər 11 milyon 771,9 min manat və ya 42,6% artaraq 39 milyon 425 min manata yüksəlib.
Balans kapitalı 43 milyon 264,6 min manat təşkil edib ki, bu da illik müqayisədə 8 milyon 605,9 min manat (16,6%) azdır.
Şirkətin səhmdar (nizamnamə kapitalı) son bir il ərzində 200 dəfə artırılaraq 10 min manatdan 200 min manata çatdırılıb.
2022-ci ildəki 9 milyon 553,5 min manat bölüşdürülməmiş mənfəət 2023-cü ildə 285,5 min manatlıq yığılmış zərərə çevrilib.
Qeyd edək ki, “A+Co” MMC 22 dekabr 1997-ci ildə təsis edilib. Şirkətin hüquqi ünvanı Xırdalan şəhəri, 28-ci kvartaldır. Şirkət şərab, konyak və digər alkoqollu içkilər istehsal edir.