"Norm" ASC 2023-cü il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, sement şirkəti ötən ili 52 milyon 640 min manat xalis mənfəətlə başa vurub. Bu 2022-ci ilin göstəriciləri ilə müqayisədə 13 milyon 166 min manat, başqa sözlə 33,4% çoxdur.
Bu dövrdə sement şirkəti 14 milyon 170 min manat mənfəət vergisi ödəyib.
Hesabat dövründə şirkətin cəmi gəliləri 226 milyon 1 min manat, satışın maya dəyəri 116 milyon 934 min manat təşkil edib. İllik müqayisədə gəlirlər 22 milyon 368 min manat (11%), satışın maya dəyəri 3 milyon 372 min manat (3%) artıb.
Bununla şirkətin ümumi mənfəəti 109 milyon 67 min manat olub ki, bu da illik müqayisədə 18 milyon 996 min manat (21,1%) artım deməkdir.
Hesabat dövründə ümumi və inzibati xərcləri 6 milyon 782 min manat (54,9%) artaraq 19 milyon 145 min manata yüksəlib.
Satış və marketinq xərclərində 1 milyon 390 min manat (24,3%) artım baş verib və 7 milyon 117 min manat təşkil edib.
Çatdırılma xərcləri 19 milyon 99 min manat təşkil edib ki. bu da son bir il ərzində 773 min manat (4,2%) artım deməkdir.
Sement şirkəti 2023-cü ildə 63 milyon 550 min manat cəmi əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ildəkindən 8 milyon 104 min manat (14,6%) çoxdur.
"Norm" ASC-nin maliyyə gəlirləri bu dövrdə 2 milyon 649 min manat idi. Bu da əvvəlki ilə müqayisədə 2 milyon 230 min manat (6,3 dəfə) çoxdur.
Sement şirkətində daha bir müsbət dinamika 2022-ci ildəki 1 milyon 765 min manatlıq digər xalis xərcin 2 milyon 810 min manatlıq xalis gəlirə çevrilməsidir.
"Norm" ASC 2023-cü il üzrə 330 milyon 382 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 22 milyon 680 min manat (7,4%) böyüyüb.
Öhdəliklər 100 milyon 390 min manata bərabər olub. Balans kapitalı isə 229 milyon 992 min manat təşkil edib.