“Sumqayıt-Çörək” ATSC 2023-cü il üzrə maliyyə vəziyyətini açıqlayıb.
FED.az ASC-nin hesabatına istinadən xəbər verir ki, çörək şirkəti ötən ili 353,6 manat mənfəətlə başa vurub. Bu da illik müqayisədə 11,5 min manat və ya 3,1% azalma deməkdir.
Ötən il “Sumqayıt-Çörək” ATSC-nin cəmi aktivləri 1 milyon 536 min manat olub ki, bu da əvvəlki ilə nisbətən 71 min manat və ya 5% çoxdur.
Xatırladaq ki, “Sumqayıt-Çörək” 4 iyun 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkət 762 min 582 manat nizamnamə kapitalına malikdir. Qanuni təmsilçisi Əlfüqar Qasımov Zülfüqar oğludur.