"The Snack Company" Məhdud Məsuliyyətli Cəmiyyəti 2023-ci il üzrə maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, şirkət 2023-ci ildə 21 milyon 667 min manat əsas əməliyyat gəliri əldə edib.
Bu gəlirlər illik müqayisədə 3 milyon 846 min manat və ya 21,6% çoxdur.
Satışın maya dəyəri isə 19 milyon 268 min manat olub ki, bu da son bir ildə 4 milyon 514 min manat ( 30,6%) çoxdur.
Bununla da, şirkətin ümumi mənfəəti 2 milyon 398 min manat təşkil edib. Lakin 2022-ci ildə 3 milyon 68 min manat mənfəət əldə etmişdi. Bu da illik müqayisədə 669 min manat, başqa sözlə 21,8% azdır.
"The Snack Company" MMC-nin maliyyə gəlirləri bu dövrdə 74,6 min manat, maliyyə xərcləri isə 91 min manata yaxın olub.
2023-cü ili çipsi şirkəti 150,1 min manat mənfəət vergisi ödənişindən sonra 2 milyon 121 min manat xalis mənfəətlə baş vurub. 2022-ci ili isə 3 milyon 45 min manat mənfəətlə yekunlaşdırmışdı. Mənfəət vergisi ödəmələri 128,6 min manat (7 dəfə) artıb, Xalis mənfəət isə 924 min manat (30,3%) azalıb.
"The Snack Company" MMC 2023-ci ildə 11 milyon 699 min manat aktivlərə malik olub. Akitvlər son bir ildə 2 milyon 567 min manat və ya 28,1% artıb.
Şirkətin öhdəlikləri balans kapitalı 745 min manat, başqa sözlə 46,7% azalaraq 851 min manata düşüb.
Kapitalı isə 2 milyon 121 min manat və ya 67,2% artaraq təqribən 3 milyon 157 min manat olub.
Qeyd edək ki, "The Snack Company" 100 manat sərmayə ilə 18 dekabr 2019-cu ildə yaradılıb. Qanuni təmsilçisi Ramil Rzayev Bilal oğludur. Şirkətin Hüquqi ünvanı Qəbələ rayonu, Qəbələ şəhəri, E.Kərimov, ev 34 ünvanında yerləşir.
Şirkətin Qəbələdə yerləşən müəssisəsi qəlyanaltı istehsal edən zavodlardan biridir. Şirkət “Chipsim” kartof çipsilərinin istehsalçısıdır. Bundan başqa şirkət “İmpuls” və “Bağdan” kartof çipslərini də istehsal edir.
MƏLUMAT YENİLƏNİR...