Azərbaycanda çoxsaylı tenderlərin qalibi kimi tanına “Vest LTD” şirkətinin 2023-cü il üzrə maliyyə vəziyyəti açıqlanıb.
FED.az xəbər verir şirkət ötən il 86 milyon 791 min manat gəlir əldə edib, 81 milyon 805 min manat cəmi gəlir əldə edib. Nəticədə şirkətə ümumi 4 milyon 986 min manat mənfəət qalıb.
İllik müqayisə şirkətin cəmi əməliyyat gəlirləri 52 milyon 638 min manat (2,5 dəfə), satışın maya dəyəri 49 milyon 540 min manat (2,5 dəfə), ümumi mənfəəti 3 milyon 98 min manat (2,6 dəfə) artıb.
2 milyon 16 min manatlıq inzibati xərclərdən sonra şirkətə 2 milyon 969 min manat əməliyyat mənfəəti qalıb. 594 min manata yaxın mənfəət vergisi ödənişindən sonra “Vest LTD” 2023-cü ili 2 milyon 375 min manat xalis mənfəətlə başa vurub.
Beləliklə son bir il ərzində şirkətin inzibati xərclərində 1 milyon 221 min manat (2,5 dəfə), əməliyyat mənfəətində 1 milyon 876 min manat (2,7 dəfə), mənfəət vergisi ödənişlərində 375 min manat (2,7 dəfə), xalis mənfəətində isə 1 milyon 500 min manat (2,7 dəfə) artım qeydə alınıb.
“Vest LTD” şirkəti ötən il 17 milyon 388 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 1 milyon 384 min manat (7%) azalıb,
Öhdəliklər isə 3 milyon 760 min manat (21%) azalaraq 14 milyon 106 min manata düşüb.
Şirkətin əvvəlki illərdən yığılmış zərəri ilə onun kapitalı mənfiyə düşüb və -3 milyon 280 min manat təşkil edib. Bu da 2022-ci illə müqayisədə 2 milyon 376 min manat (3,6 dəfə) çoxdur.
Qeyd edək ki, "tender kralı" kimi tanınan “Vest LTD” şirkəti tikinti, təmir, abadlıq işləri ilə bağlı çoxsaylı tenderlərin qalibidir. Şirkət 14 sentyabr 2012-ci ildə yaradılıb, 10 manat nizamnamə kapitalına maikdir. Qaqnuni təmsilçsi nadir Ağayev Camal oğludur. Hüquqi ünvanı Mingəçevir şəhəri, Sabir, ev 11/11, m, 1 ünvanında yerləşir.