"Bakı Ayaqqabı - 2" ASC ötən ilin maliyyə vəziyyətini açıqlayıb.
FED.az xəbər verir ki, şirkət ötən ili 283,2 min manat mənfəətlə başa vurub. 2022-ci ildəki mənfəəti isə 138,4 min manat idi. Beləliklə ayaqqabı şirkəti mənfəətini son bir il ərzində 144,8 min manat və ya 2 dəfə artırıb.
Hesabat ilində şirkətin cəmi gəlirləri 408,1 min manat, investisiya əmlakının yenidən qiymətləndirilməsindən yaranan gəlirlər 209 min manat, əmək haqqı və işçilərlə bağlı xərcləri 249,5 min manat, inzibati və digər əməliyyat xərcləri 73 min manat, cəmi əməliyyat xərcləri 113,5 min manat, cəmi əməliyyyat mənfəəti 294,5 min manat təşkil edib.
İllik müqayisədə cəmi gəlirlər 68,6 min manat (20,2%), investisiya əmlakının yenidən qiymətləndirilməsindən yaranan gəlirlər 107 min manat (2 dəfə), əmək haqqı və işçilərlə bağlı xərcləri 8,5 min manat (3,5%), inzibati və digər əməliyyat xərcləri 12 min manat (19,7%) artıb, cəmi əməliyyat xərcləri 86,5 min manat (43,3%) azalıb, cəmi əməliyyyat mənfəəti 154,9 min manat (2,1 dəfə) artıb.
"Bakı Ayaqqabı - 2" ASC ötən il 8 milyon 416 min manat cəmi aktivlərə malik olub.Aktivlər son bir il ərzində 293 min manat və ya 3,6% artıb.
Öhdəliklər son bir il ərzində 9,9 min manat (95,2%) artaraq 20,3 min manata, balans kapitalı 284 min manat və ya 4% artaraq 8 milyon 396 min manata bərabər olub.
Bölüşdürülməmiş mənfəətin həcmi 2 milyon 807 min manat olub ki, bu da illik müqayisədə 283 min manat (11,2%) artım deməkdir.