Azərbaycanın ən böyük dövlət şirkətlərindən olan «Azərbaycan Dəmir Yolları» QSC 2024-cü ilin maliyyə göstəricilərinin bir hissəsini açıqlayıb.
Gediş haqqı artsa da, Metro yenə zərərlə işləyir - ÜMUMİ ZƏRƏR 3,1 MİLYARD MANATA ÇATIB - HESABAT
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, son illər maliyyə göstəricilərini ictimaiyyətdən gizlətməyə çalışan ADY-nin bu dəfə rəqəmləri açıqlamasına səbəb qurumun istiqraz buraxması olub. Qanunvericiliyə əsasən istiqraz buraxan qurumlar öz maliyyə nəticələrinin bir hissəsini hökmən açıqlamalıdırlar, Azərbaycan Dəmir Yolları da bu səbəbdən bəzi maliyyə göstəricilərini yaymalı olub.
Hesabatdan çıxan əsas nəticə odur ki, 2024-cü ildə ADY-nin zərəri kəskin artıb. 2023-cü illə müqayisədə şirkətin zərəri 18 dəfə artaraq – 1 milyard 819 milyon manata yüksəlib. Xatırladaq ki, 2023-cü ildə qurumun zərəri 101 milyon manat olmuşdu.
Beləliklə, 2024-cü ildə ADY-nin gəlirləri 614 milyon manat olub, bu 2023-cü illə müqayisədə cəmi 12 milyon manat artıqdır. Gəlirlərin 483,1 milyon manatı yükdaşımanın, 11,7 milyon manatı sərnişin daşımanın payına düşüb. Ölkədə son illər yük daşımalarına artımına ciddi dəstək verilməsinə baxmayaraq 2024-cü ildə ADY-nin əsas fəaliyyət istiqaiəti sayılan yük daşımalardan gəlirləri cəmi 354 min manat artıb, bu 1 faizdən də aşağıdır.
Tikinti və sair gəlirlərdə cəmi 120 milyon manat gəlir olub ki, bu da 2023-ə nisbətən cəmi 10 milyon manat artıqdır.
2024-ci ildə şirkətin əməliyyat xərcləri isə təqribən 4 dəfə artaraq 2023-cü ildəki 657 mmilyon manatdan 2 milyard 464 milyon manata yüksəlib. Bunun böyük hissəsi – 1 milyprd 728 milyon manatı sair aktivlər üzrə dəyərsizləşməyə görədir. 123 milyon manat köhnəlmə və amortizasiyaya, 269 milyon manat əmək haqlarına, təqribən 100 milyon manat elektrik enerjisi və materiallara sərf edilib. Sair xərclər isə ötən illə myqayisədə 40 milyon manat artaraq 167 milyon manata yaxınlaşıb.
Nəticədə 2024-cü ilin sonuna ADY-nin mənfəət vergisindən əvvəlki zərəri 1 milyard 840 milyon manat, 21 milyon manatlıq mənfət vergisi gəlirindən sonra isə il üzrə xalis zərəri 1 milyard 819 milyon manat olub. Bu 2023-cü illə müqayisədə 18 dəfə artıqdır.
Böyük zərər nəticəsində ADY-nin indiyədək yığılmış ümumi zərəri (hesabatda bu göstərici defisit kimi göstərilib) 6 milyard 263 milyon manata yüksəlib. Halbuki bir il əvvəl bu rəqəm 4,4 milyard manat idi.
Son bir ildə Azərbaycan Dəmir Yollarının aktivləri 1,5 milyard manat və ya 25% azalaraq 2023-cü ilin sonundakı təqribən 6 milyard manatdan 2024-ün sonuna 4 milyard 464 milyon manata enib.
Şirkətin əmlak, tikili və avadanlıqları son bir ildə 1 milyard manat dəyər itirib. Dövlət büdcəspindən alacağı debitor borcları da 165m milyon manat azalaraq 310 milyon manata düşüb. Qısamüddətli aktivlər isə 230 milyon manat azalaraq 972 milyon manatdan 742 milyon manata enib.
Şirkətin sərəncamındakı pul vəsaitləri isə 2,1 dəfə azalaraq 420 milyon manatdan 200 milyon manata düşüb.
2024-cü ilin sonuna ADY-nin cəmi kapitalı 3 milyard 290 milyon manat təşkil edib, bu 2023-ün sonu ilə müqayisədə 52 milyon manat artıqdır. Amma bu artım tamamilə dövlətin ADY-yə yatırımları hesabınadır. Belə ki, təkcə 2024-cü ildə dövlət tərəfindən dəmiryol operatoruna 1 milyard 865 milyon manat investisiya yatırılıb.
Ümumilikdə indiyədək dövlət tərəfindəfn ADY-yə 8,6 milyard manat vəsait yatırıb. Bunun 6,2 milyard manatı yığılmış defisit kimi sərf edilib.
2024-cü ildə ADY-nin öhdəlikləri, borcları, kreditləri və sair öhdəlikləri 1,6 milyard manat azalaraq 2,7 milyard manatdan 1,1 milyard manata düşüb.
Bu azalmanın əsas səbəblərindən biri Nazirlər Kabinetinin qərarı ilə (02 fevral 2024-cü il) ADY-nin dövlət zəmanətli kredit borcundan 1 milyard 70 milyon manatının silinməsi olub.
Yeri gəlmişkən, «Azərbaycan Dəmir Yolları»nın zərərlə işləməsi 2025-ci ildə də davam edir – 2025-ci ilin ilk 9 ayında şirkətin zərəri 60 milyon manata yaxınlaşıb. Gəlirləri isə 446 milyon manat olub kİ, bu da 2024-cü ilin analoji dövrü ilə müqayisədə cəmi 3 milyon manat artıqdır.







![«Azərbaycan Dəmir Yolları»nın zərəri 18 dəfə artıb - bir ildə 1,8 milyard manat – [red]YIĞILMIŞ ZƏRƏR 6,2 MİLYARD MANAT[/red] | FED.az](upload/news/small/4263051.jpg)
![«Azərbaycan Dəmir Yolları»nın zərəri 18 dəfə artıb - bir ildə 1,8 milyard manat – [red]YIĞILMIŞ ZƏRƏR 6,2 MİLYARD MANAT[/red] | FED.az](upload/news/small/4485817.png)
![«Azərbaycan Dəmir Yolları»nın zərəri 18 dəfə artıb - bir ildə 1,8 milyard manat – [red]YIĞILMIŞ ZƏRƏR 6,2 MİLYARD MANAT[/red] | FED.az](upload/news/small/185475.png)
![«Azərbaycan Dəmir Yolları»nın zərəri 18 dəfə artıb - bir ildə 1,8 milyard manat – [red]YIĞILMIŞ ZƏRƏR 6,2 MİLYARD MANAT[/red] | FED.az](upload/news/small/3260164.png)
![«Azərbaycan Dəmir Yolları»nın zərəri 18 dəfə artıb - bir ildə 1,8 milyard manat – [red]YIĞILMIŞ ZƏRƏR 6,2 MİLYARD MANAT[/red] | FED.az](upload/news/small/2126033.png)







