Bakı Metropoliteni 2024-cü ilin yekunlarına dair maliyyə hesabatını açıqlayıb.
FED.az xəbər verir ki, hesabat şirkətin gəlirlərində artım olsa da, əməliyyat xərclərinin sürətli artımı nəticəsində əməliyyat zərərinin dərinləşdiyini göstərir.
2024-cü ildə Metropolitenin cəmi gəlirləri 155 milyon 655 min manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 28 milyon 516 min manat (22,4%) artım deməkdir.
Sərnişindaşımadan gəlir 100 milyon 647 min manata bərabər olub. İl ərzində 17 min 164 min manat (20,6%) artım baş verib.
Hökumət subsidiyalarından gəlir 50 milyon manat təşkil edib, bu da əvvəlki ilə nəzərən 11 milyon 584 minmanat (30,1%) çxodur.
Digər əməliyyat gəliri isə 5 milyon 8 manat olaraq qeydə alınıb. Nəticədə 232 min manat (4,4%) azalma qeydə alınıb.
Metropolitenin cəmi əməliyyat xərcləri 294 milyon 173 min manata bərabər olub. Bu, 2023-cü illə müqayisədə 90 milyon 3 min manat (44,3%) artım deməkdir.
Əsas vəsaitlərin dəyərsizləşməsi 148 milyon 12 min manat təşkil edib, 2023-cü ilə nəzərən 68 milyon 710 min manat (86,6%) artım baş verib.
Heyətlə bağlı xərclər 11 milyon 510 minmanat (15,4%) artaraq 86 milyon 284 min manata yüksəlib.
Elektrik enerjisi xərcləri 13 milyon 934 manat olub. Bu xərclər 2023-cü ilə nəzərən 500 min manat (3,7%) artıb.
Köhnəlmə və amortizasiya xərcləri 12 milyon 218 min manat təşkil edib.Nəticədə, 31 min manat (0,3%) artım qeydə alınıb.
Mal-material xərcləri 3 milyon 828 min manat (50,8%) artaraq 11 milyon 370 min manata yüksəlib.
Komissiya xərcləri 5 milyon 32 min manat olub, 858 min manat (20,7%) artım qeydə alınıb..
Təmizlik xərcləri 4 milyon 90 min manat təşkil edib. 2023-cü ilə nəzərən 334 min manat (8,9%) artım qeydə alınıb.
Su xərcləri 3 milyon 392 min manata bərabər olub. Son bir il ərzində 418 min manat (11%) azalma baş verib.
Yavaş dövr edən mal-materiallar üzrə ehtiyat 3 milyon 85 min manat təşkil edib, ötən il bu xərc olmayıb.
Yanacaq xərcləri 205 min manat (29,4%) artaraq 902 min manata çatıb.
Sığorta xərcləri 362 min manata enib, 226 min manat (38,4%) azalma baş verib.
Digər xərclər 2 milyon 594 min manat (89,5%) artaraq 5 milyon 492 min manata yüksəlib.
Bundan əlavə QSC-nin maliyyə xərci 722 min manat təşkil edib. Bu, 2023-cü illə müqayisədə 69 min manat (8,7%) azalıb.
Xarici valyuta mübadiləsindən xalis zərər ötən illə müqayisədə 316 min manat və ya təxminən 6,3 dəfə artaraq 376 min manata yüksəlib.
Nəticədə, Metropolitenin mənfəət vergisindən əvvəlki zərəri 139 milyon 616 min manata bərabər olub. Bu, 2023-cü ilin 76 milyon 875 min manatlıq zərəri ilə müqayisədə 62 milyon 741 min manat (81,6%) və ya təxminən 1,8 dəfə artım deməkdir.
Mənfəət vergisi xərci olmayıb.
Nəticədə "Bakı Metropliteni" 2024-cü ili il 139 milyon 616 min manata yüksələrək, 2023-cü illə müqayisədə 62 milyon 741 min manat (81,6%) və ya təxminən 1,8 dəfə artıb.
QSC-nin cəmi aktivləri 2024-cü ilin sonu üzrə 418 milyon 818 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (414 milyon 570 min manat) ilə müqayisədə 4 milyon 248 min manat (1,0%) artım deməkdir.
Cəmi uzunmüddətli aktivlər 383 milyon 837 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (370 milyon 314 min manat) ilə müqayisədə 13 milyon 523 min manat (3,6%) artımdır.
Əmlak və avadanlıqlar 366 milyon 346 min manat təşkil edib, 5 milyon 229 min manat (1,4%) artım qeydə alınıb.
Qeyri-maddi aktivlər ötən dövrlə müqayisədə 1 milyon 23 min manat (58,4%) artaraq 2 milyon 791 min manata yüksəlib.
Digər uzunmüddətli aktivlər 14 milyon 700 min manata bərabər olub ki, bu da illik 7 milyon 271 min manat (97,9%) artıma bərabərdir.
Cəmi qısamüddətli aktivlər isə 34 milyon 981 min manata enib. Bu, 2023-cü ilin sonu (44 milyon 256 min manat) ilə müqayisədə 9 milyon 275 min manat (21,0%) azalmadır.
Mal-material ehtiyatları 19 milyon 904 min manata bərabər olub, 18 milyon 586 min manat (48,3%) azalma qeydə alınıb.
Ticarət və digər debitor borcları 3 milyon 365 min manat (586,2%) və ya təxminən 6,9 dəfə artaraq 3 milyon 939 min manata yüksəlib.
Pul vəsaitləri və onların ekvivalentləri 9 milyon 839 min manata bərabər olub. Nəticədə, illik 9 milyon 653 min manat və ya təxminən 52,9 dəfə artım baş verib.
Digər qısamüddətli aktivlər 3 milyon 707 min manat (74,0%) və ya təxminən 3,8 dəfə azalaraq 1 milyon 299 min manata enib.
Cəmi uzunmüddətli öhdəliklər 5 milyon 591 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (6 milyon 571 min manat) ilə müqayisədə 980 min manat (14,9%) azalmadır.
Cəmi qısamüddətli öhdəliklər isə 27 milyon 696 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (18 milyon 275 min manat) ilə müqayisədə 9 milyon 421 min manat (51,5%) və ya təxminən 1,5 dəfə artımdır.
Ticarət və digər kreditor borcları 26 milyon 446 min manata yüksələrək, 9 milyon 664 min manat (57,9%) artıb.
Ehtiyatlar, qısamüddətli 1 milyon 250 min manat təşkil edib. İllik 243 min manat (16,3%) azalma qeydə alınıb.
Cəmi kapital 385 milyon 531 min manat təşkil edib. Bu, 2023-cü ilin sonu (389 milyon 724 min manat) ilə müqayisədə 4 milyon 193 min manat (1,1%) azalmadır.
Səhmdar kapitalı 2 milyard 580 milyon 638 min manat səviyyəsində dəyişməyib.
Əlavə ödənilmiş kapital 809 milyon 131 min manata təşkil edib, ötən dövrlə müqayisədə 132 milyon 704 min manat (19,6%) artıb.
Yığılmış zərər mənfi 3 milyard 109 milyon 540 min manata bərabər olub. Bu, 2023-cü ilin sonu (2 milyard 969 milyon 924 min manat) ilə müqayisədə 139 milyon 616 min manat (4,7%) artım (zərərin dərinləşməsi) deməkdir.
Əmlakların yenidən qiymətləndirilməsi ehtiyatı 105 milyon 302 min manat təşkil edib. Bu, ötən illə müqayisədə 2 milyon 281 min manat (2,2%) artıb.












