Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2023-cü il üzrə maliyyə vəziyyəti məlum olub.
FED.az xəbər verir ki, agentliyin cəmi gəlirləri və xərcləri 4 milyard 132 milyon 904 min manata bərabər olub. Bu illik müqayisədə 52 milyon 427 min manat və ya 1,3% çoxdur.
Xərclərin 395 milyon 296 min manatı material xərcləri, 137 milyon 303 min manatı inzibati, ondan 125 milyon 538 min manatı əmək haqqı, 11 milyon 765 min manatı köhnəlmə və amortizasiya xərclərinin payına düşüb. 2022-ci illə müqayisədə material xərcləri 620 milyon 847 min manat (2,7 dəfə) azalıb, inzibati xərcləri 17 milyon 593 min manat (14,7%), əmək haqqı xərcləri 19 milyon 185 min manat (18%) artıb, köhnəlmə və amortizasiya xərcləri 1 milyon 591 min manat (11,9%) azalıb.
Hesabat dövründə agentliyin sair əməliyyat xərcləri 655 milyon 181 min manat (22%) artaraq 3 milyard 600 milyon 205 min manata yüksəlib.
AAYDA ötən il 31 milyard 539 milyon 903 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 4 milyard 142 milyon 800 min manat (15,1%) artıb.