Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) 2022-ci ilin nəticələrini açıqlayıb.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, 2022-ci ildə AAYDA-nın gəlirləri 2 dəfə artaraq 4 milyard 80 milyon manat olub.
2021-ci ildə bu məbləğ 2 milyard manat idi.
Şirkətin xərclərinin 1 milyard 19 milyon manatı material xərclərinə, 119 milyon manat maaş və inzibati xərclərə, 2 milyard 945 milyon manat isə digər əməliyyat xərclərinə, podratçılara sərf edilib.
AAYDA-nın gəlirlərinin 2 dəfədən çox artmasına baxmayaraq 2022-ci ildə qurumda maaşlar demək olar dəyişməyib, əvəzində material xərcləri 330 milyon manat və ya 48%, pordratçılara ödənilən məbləğlər isə 1,7 milyard manat və ya 2,5 dəfə artıb.
AAYDA-nın əsas fəaliyyəti özü-özü ilə müqayilə bağlayıb xidmətlər göstərmək olduğuna görə, şirkətin gəlirləri ilə xərcləri eyni olub - 4 milyard 80 milyon manat. Nəticədə Agentlik mənfəət və zərər əldə etməyib.