Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şəmkir rayonu ərazisində yerləşən istixana kompleksində yanğın baş verməsi barədə məlumat daxil olub.
Ötən il Azərbaycan "parnik"lərində 270 min tona yaxın pomidor yetişdirilib
FED.az xəbər verir ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının vətəndaşa məxsus hər birinin sahəsi 120 kv.m. olan 8 ədəd istixananın ərazisində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib. FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində istixanada baş verən yanğın genişlənməsinə, o cümlədən ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsindən istixananın ərazisində yerləşən mazut çəninin içərisində 10 ton mazutun 5 tonu, 3 ədəd istixananın polietilen üzlükləri 150 kv.m. sahədə, ətrafda toplanmış məişət və taxta tullantıları 100 kv.m sahədə yanıb. İstixana kompleksinin böyük hissəsi və 5 ton mazut yanğından mühafizə olunub.