2023-cü ildə Azərbaycanda istixanalarda 268,9 min ton pomidor yetişdirilib.
Azərbaycanın xaricə satdığı pomidor 163 milyon dollar - GƏLİR GƏTİRİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
1 yanvar 2024-cü il tarixinə ölkədə 1,6 min hektar ümumi sahədə 3 228 istixana fəaliyyət göstərib. 2023-cü ildə bu istixanalarda 268,9 min ton pomidor, 10,4 min ton xiyar, 590,6 ton göbələk, 33 ton soğan, 22,8 ton kələm, 21,9 ton lobya, 13,2 ton bibər, 7,8 ton badımcan, 2,9 ton sarmısaq, 193,6 ton çiyələk istehsal olunub.
Ən çox məhsul Abşeron, Xəzər, Şəmkir, Salyan, Sabunçu, Binəqədi, Samux, Tovuz, Kürdəmir və Sabirabad rayonlarının istixana təsərrüfatlarında toplanıb.