Dövlət qurumu
Satınalmalar şöbəsinin müdir müavini
Son tarix 01 noy 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- ”Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının qanunvericiliyinin tələbləri çərçivəsində açıq tender üsulunu tətbiq etməklə elektron satınalma, təkliflər sorğusu və kotirovka sorğusu prosedurlarının keçirilməsinin təşkil edilməsi ilə bağlı işləri nəzarətdə saxlamalı;
- Tender sorğularının hazırlanmasına və qiymətləndirilməsinə nəzarət etməli, əsaslar və tələb olunan sənədlərə istinadən məhsul və xidmətlərin seçim prosesinin yekunlaşdırılmasını təmin etməli;
- Bazarın təhlilini, tələb olunan materialların daxili və xarici bazarda araşdırılmasını, təchizatçı bazasının hazırlanmasını və təhlilini təmin etməli;
- Satınalma prosesinin vaxtında, prosedur və qaydalara uyğun olaraq icra edilməsinə nəzarət etməli;
- Təchizat sifarişlərinin düzgün idarə edilməsinin (yerləşdirmə, nəzarətdə saxlama, hesabatların hazırlanması və sifarişlərin bağlanması) nəzarətdə saxlanılmasını həyata keçirməli;
- Satınalma müqavilələrinin şərtlərinə əsasən müqavilə öhdəliklərinin icrasına nəzarət etməli;
- Təchizatçıların seçimi, analizi və qiymətləndirilməsinin təmin etməli;
- Sənədləşmələrin düzgün şəkildə təşkil edilməsinə nəzarət etməli;
- Rəhbərliyin digər tapşırıq və göstərişlərini yerinə yetirməli.
Vəzifəyə dair tələblər:
- Ali təhsil (hüquq, iqtisadi, texniki)
- Azərbaycan, rus və ingilis dillərini bilməli;
- Müvafiq sahədə (Satınalmalar üzrə) 3-5 il iş təcrübəsi;
- Dövlət satınalmaları haqqında” qanun barədə yüksək səviyyədə məlumatlılıq;
- Microsoft Office proqramlarından istifadə bacarığı (xüsusilə, Excel,Word);
- Yüksək səviyyədə analitik düşünmə bacarığı və məsuliyyətli olması;
- Müvafiq sahə üzrə sertifikatların olması üstünlükdür (CİPS, CIPP, Dövlət
Satınalmaların Təşkili və İdarə olunması barədə).
Vəzifəyə dair tələb edilən şəxsi keyfiyyətlər və bacarıqlar:
- Komanda ilə işləmək bacarığı;
- Analitik təhlil;
- Dəqiqlik;
- Məsuliyyətlilik.
İş qrafiki:
- 5 günlük iş rejimi (5 gün 09.00-18.00, şənbə günü 10:00-14:00)
- İstirahət günləri - şənbə və bazar
Əmək haqqı 2310 AZN (GROSS) müəyyən ediləcək.
Uyğun namizədlər CV-lərini “Satınalmalar şöbəsinin müdir müavini” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.













