Hər il olduğu kimi 2024-cü ildə də Şəmkir rayonunda genişmiqyaslı abadlıq-quruculuq işləri davam etdirilib, problemlərin aradan qaldırılması üçün məqsədyönlü tədbirlər görülüb.
FED.az xəbər verir ki, ötən il bu istiqamətdə həyata keçirilən layihələr çərçivəsində Şəmkir şəhərində, Çinarlı və Dəllər qəsəbələrində asfalt-beton örtüyü salınan və cari təmir işləri aparılan küçələr sakinlərin istifadəsinə verilib.
Belə ki, texnoloji ardıcıllığa uyğun aparılan işlər nəticəsində Şəmkir şəhərində Mehdi Hüseynzadə (15-ci küçə) küçəsi, eyni zamanda Rəşad Yusibov (7-ci küçədən 19-cu küçəyə qədər olan hissəsi, Maşallah marketin qarşısı), Molla Pənah Vaqif ( 9-cu küçədən 11-ci küçəyə qədər olan hissə), Həsən Əliyev ( 13-cü küçədən 16-cı küçəyə qədər olan hissə) və Elpərəst Hüseynov küçəsi əsaslı təmir olunaraq yenidən quruldu, şəhərin 12 küçəsinin, həmçinin Dəllər qəsəbəsinə gedən yolun ümumu uzunluğu 5 kilometr olan hissəsində isə cari təmiri işləri başa çatdırılaraq sakinlərimizin istifadəsinə verildi.
Eyni zamanda Çinarlı qəsəbəsində yerləşən, həmçinin Aşağı Seyfəli və Yuxarı Seyfəli kəndlərinin rayon mərkəzi əlaqəsini təmin edən Nizami Gəncəvi küçəsində təqribən 1 kilometrlik avtomobil yolunun əsaslı təmiri işləri aparılaraq, yeni asfalt örtüyü salındı.
Qeyd edək ki, rayonda görülən abadlıq-quruculuq işləri, xüsusilə də avtomobil yollarının təmiri cari il ərzində də davam etdiriləcək.