2025-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 1654,3 milyon manatlıq, o cümlədən 1 milyard 4,7 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 649,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə 2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 0,8 faiz, ondan ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 6,4 faiz artıb.
Pərakəndə ticarət dövriyyəsinin 23,5 faizini ticarət müəssisələri, 31,5 faizini bazar və yarmarkalar, 45,0 faizini isə fərdi sahibkarlar tərəfindən satılmış məhsulların həcmi təşkil edib.
2024-cü illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə hüquqi şəxslər üzrə 11,0 faiz artıb.










