2025-ci ildə əsas kapitala 513,8 milyon manat və ya 2024-cü illə müqayisədə 4,5 dəfə çox vəsait yönəldilib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 85,3 faizi dövlət, 14,7 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 394,8 milyon manatı və ya 76,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub və 2024-cü illə müqayisədə 4,6 dəfə artıb.
2025-ci ildə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin dəyəri 41,8 milyon manat təşkil edib.
İnşaat işlərinin 64,1 faizi hüquqi şəxslər, 35,9 faizi isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər tərəfindən yerinə yetirilib.










