2025-ci ilin məhsulu üçün Gəncədə 42,2 hektar kənd təsərrüfatı bitkiləri əkilib ki, bunun da 8,0 hektarını dənli və dənli paxlalı bitkilər, 34,2 hektarını tərəvəz bitkiləri təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2025-ci ildə tarlalardan 16,7 ton dənli və dənli paxlalı bitkilər, 144,6 ton tərəvəz, 901,2 ton meyvə və giləmeyvə, 411,4 ton üzüm toplanıb.
2026-cı ilin yanvar ayının 1-i vəziyyətinə təsərrüfatlarda 688 baş iribuynuzlu mal-qara (ondan 273 baş inək və camış), 1237 baş qoyun və keçi mövcud olub
2025-ci il üzrə heyvandarlıq sahəsində 210,0 ton ət diri çəkidə, 671,0 ton süd, 1203 min ədəd yumurta, 2,0 ton yun istehsal edilib.
2025-ci il üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 5454,4 min manat təşkil etmişdir ki, onun da 3270,0 min manatı bitkiçilik məhsullarının, 2184,4 min manatı isə heyvandarlıq məhsullarının payına düşür.










