Gəncədə Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2025-ci ildə 5,4 milyon ton yük və 107,8 milyon sərnişin daşınıb.
FED.az bizne və maliyyə xəbərləri portalı bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
2024-cü illə müqayisədə yük daşınması 5,9 faiz, sərnişin daşınması isə 7,2 faiz artmışdır.
İnformasiya və rabitə sahəsində 2025-ci ildə göstərilmiş informasiya və rabitə xidmətlərinin həcmi 2024-cü illə müqayisədə 7,7 faiz artaraq 8,8 milyon manat olub.










