2025-ci ildə Gəncədə kafe və restoran dövriyyəsinin həcmi 56,6 milyon manat təşkil edib.
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Gəncə Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, bu 2024-cü illə müqayisədə 10,1 faiz çoxdur.
Dövriyyənin 54,5 milyon manatı fiziki şəxslərin hesabına təmin olunub.











