Cari ilin birinci rübündə Samux rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5552 nəfər olub ki, onların da 3284 nəfərini qadınlar təşkil edib. Orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,7 faiz artaraq 314,2 manat olub. 2003-cü ilə nisbətən əməkhaqlarında 9,4 dəfə artım müşahidə edilib.
FED.az xəbər verir ki, Samux Rayon Statistika İdarəsindən bildirilib ki, muzdlu işçilərin 4196 nəfəri iqtisadiyyatın dövlət sektorunda, 1356 nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
2019-cu ilin yanvar-mart ayları ərzində muzdlu işçilərin 37,9 faizi təhsilin, 7,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi ilə məşğul olan idarə, müəssisə, təşkilatların, 2,2 faizi, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı ilə məşğul olan idarə, müəssisə və təşkilatların, 8,5 faizi dövlət idarə etmə, müdafiə, sosial təminat orqanlarının, 1,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,1 faizi informasiya və rabitənin, 14,8 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 1,9 faizi tikintinin, 2,6 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı olan idarə, müəssisə, təşkilatların,10,4 faizi kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatlarının, 8,1 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyəti göstərən təşkilatların, 3,3 faizi isə iqtisadiyyatın digər fəaliyyət növləri ilə məşğul olan sahələrin payına düşüb.
Eləcə də bax: Azərbaycandan ABŞ-a köçmək istəyənlərin sayı - İKİ QAT ARTIB