Amerika Birləşmiş Ştatlarına köçüb yaşamaq icazəsi verən «Greencard» lotereyasında iştira etmək üçün müraciət edən azərbaycanlılarn sayında iki dəfəyə qədər artım var. Bu barədə FED.az-a «Greencard Azərbaycan» şirkətindən bildirilib. Şirkətin məlumatına görə, 2019-cu ildə «Greencard» lotereyası vasitəsilə ABŞ-a köçmək üçün müraciət edənlərin sayı 130 min nəfər təşkil edir, bu ötən ilki müraciətlərlə müqayisədə təqribən 2 dəfə artıqdır (ötən il müraciətlərin sayı 70-80 min nəfər arasında olub).
Eləcə də bax: “Green Card” udub ABŞ-a köçmək üçün nələri bilmək lazımdır?
Qeyd edək ki, «Greencard» lotereyası ABŞ-da yaşamaq və işləmək hüqüqu qazandırır. Hər il keçirilən lotereyada 50 min nəfərə yaxın şəxs qalib gələrək ABŞ-a köçür. Bəs «Green Card»ı qazanan şəxslər hansı tələblərə cavab verməlidir?
Son qərarı səfirlik verir
«Greencard Azərbaycan» şirkətindən FED.az-a bildirilib ki, «Green «card»da qalib olandan sonra ikinci mərhələ sənədlərin hazırlanması prosesidir. Bu zaman ABŞ səfirliyinə müraciət olunmalıdır. Formal olaraq şəxsin ABŞ-a buraxılması barədə yekun qərarı səfirlik verir. Amma 99% hallara səfirlik «Green Card» qaliblərinə «yaşıl işıq» yandırır. Bundan sonra qalib şəxs viza alıb Amerikaya gedə bilər.
Qalib gələnlər rüsum ödəməlidir
Şirkətdən bildirilib ki, hər il Azərbaycandan təqribən 500-600 adam «Green Card» qalibi olur, amma ötən il keçən il bu göstərici kəskin artıb: ötən il 1203 nəfər qalib olmuşdu.
«Green Card» udan şəxslər bəzi xərcləri ödəməli olurlar. Onlar səfirliyə adambaşına 330 dollar, ABŞ-a getdikdən sonra isə 220 dollar torpaq rüsumu ödəməlidir.
Eləcə də bax: Kürü qalmaqalında ittiham olunan səfirin yerinə - TƏYİNAT
«Green Card» qalibləri ABŞ-da necə iş tapırlar?
«Green Card»ın rəsmi saytından qeydiyyatdan keçib və qalib olan şəxslər Amerikaya getdikdən sonra yalnız özləri iş və ev tapmalıdır. «Greencard Azərbaycan»dan qeydiyyatdan keçib qalib olan şəxslərə isə ev, iş tapmaq köməkliyi göstərilir.
Amerikada Azərbaycan diplomları bir neçə mərhələdən sonra təsdiqləndiyi üçün adətən qaliblar öz sahələrindən uzaq işlərlə məşğul olurlar. Bu adətən restoran işləri, İKT sahəsində olan işlərdir. Yeri gəlmişkən, ABŞ-da azərbaycanlılar ən çox mobil telefonların təmiri sahəsində özlərinə iş tapa bilirlər.
«Green Card» udmaq üçün ingilis dili bilmək vacib deyil
«Green Card» lotereyasında iştirak edib qalib gəlmək üçün ingilis dilini bilmək vacib deyil. Yəni dil bilmədən də qalib olduğun halda gedib orda yaşamaq şansın olacaq. Amma qalib olduqdan sonra getmək üçün bir il yarım vaxtın olur. Bu vaxt ərzində rahatlıqla dil kurslarına yazılıb müəyyən dərəcədə bu dili təkmilləşdirmək olar.
Qeyd edək ki, «Green Card» lotereyasının qalibləri may ayının 20-dən sonra açıqlanacaq.