“Suraxanı Bazar” ASC səhmdarlarının illik ümumi yığıncağı keçiriləcəkdir.
“Şəmkir Şərab - 1” ASC səhmdarları - TOPLAŞIR
FED.az xəbər verir ki, yığıncaq 25 iyun 2021-ci il saat 11.00-da Bakı şəhəri, Əmircan qəsəbəsi, M.Mustafayev küçəsi 7 nömrəli ünvanda baş tutacaq.
Gündəlikdəki məsələlər.
1. Cəmiyyətin 2019-2020-ci illər üçün maliyyə - təsərrüfat fəaliyyəti haqqında hesabatı.
2. Cəmiyyətin illik dividend paylarının bölünməsi haqqında.
3. Digər məsələlər.
Yığıncağın gündəliyinə aid sənədlərlə cəmiyyətin yerləşdiyi ünvanda tanış olmaq mümkündür.
Yığıncaqda bütün səhmdarların şəxsiyyəti təsdiqləyən sənədlə ( vəkil edilmiş nümayəndələr notarial təsdiq olunmuş etibarnamə və şəxsiyyəti təsdiq edən sənədlə) iştirakı vacibdir.
Əlaqə nömrəsi- (055) 491 78 87.
Qeyd – səhmdarların illik ümumi yığıncağının keçirilməsi vaxtı “COVID-19” pandemiyası ilə əlaqədar sərt karantin rejimi dövrünə təsadüf edərsə, onda səhmdarlardan xahiş olunur ki, iclas tarixindən 24 saat əvvəl yuxarıda göstərilən telefon nömrəsi ilə əlaqə saxlayıb iclasın keçirilməsinin yeri və tarixi barədə məlumat əldə etsinlər.