11 dekabr 2023-cü il saat 15.00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1 nömrəli ünvanda “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər veri ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələr daxildir:
1. “Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi haqqında.
2. “Səba” ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təsərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi.
3. “Səba” ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilmə barədə.
Ümumi yığıncağa gələn səhmdarlar və onların nümayəndələri şəxsiyyətlərini təsdiqləyən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.
Əlaqə telefonu - +994124044441;