30 iyun 2025-ci il tarixində saat 11.00-da "Baku Steel Construction" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, yığıncaq Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyində aşağıdakı məsələlər durur:
1. "Baku Steel Construction" ASC-nin Müşahidə Şurasının seçilməsi;
2. "Baku Steel Construction" ASC-nin Müfəttişinin seçilməsi;
3. "Baku Steel Construction" ASC-nin 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Binəqədi şosesi 53 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.