30 iyun 2025-ci il tarixində saat 12.00-da "Bakı Oksigen Kompani" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, Bakı şəhəri, Zabrat ŞTQ, Babək (Zabrat I qəs.), ev 55 ünvanında yerləşən Səhmdar Cəmiyyətin inzibati binasında baş tutacaq.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:
1. "Bakı Oksigen Kompani" ASC-nin 2024-cü maliyyə ili üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin təsdiqi.
Səhmdarlar ümumi yığıncağın gündəliyi üzrə materiallarla iş günləri saat 10.00-dan 17.00-dək Səhmdar Cəmiyyətin Bakı şəhəri, Zabrat ŞTQ, Babək (Zabrat I qəs.), ev 55 ünvanında yerləşən inzibati binasında səhmdar cəmiyyətinin rəhbərliyinə müraciət etməklə tanış ola bilərlər.