“OBA” marketlər şəbəkəsi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və 2024-cü ilin gəlişi münasibətilə Laçın şəhərində yeni il şənliyi keçirib.
FED.az xəbər verir ki, Güvən Xeyriyyə İctimai Birliyinin dəstəyi ilə həyata keçirilən “Hər Obada Bayramdır” layihəsi çərçivəsində Laçın şəhərində yerləşən 2 nömrəli tam orta məktəbdə şagirdlərlə görüş baş tutub.
Görüş zamanı uşaqlar və müəllimlər arasında bir-birindən fərqli yarışmalar keçirilib, uşaqların əyləncəsi üçün müxtəlif animasiyalar sərgilənib.
Daha sonra “OBA”nın şaxta babası məktəbə daxil olub və şirkət tərəfindən uşaqlar üçün hazırlanmış “OBA” xurcunlarını onlara təqdim edib.
“OBA” marketlər şəbəkəsindən bildirilib ki, layihənin məqsədi Laçın şəhərinə yeni köçmüş uşaqlarla ilk bayram sevincini bölüşmək olub.