Türkiyənin Bütün Fəal Sənayeçi İş Adamları və İş Qadınları Federasiyasının (TESİAD) İdarə heyətinin sədri Halil İbrahim Yılmaz və Makedoniya-Türkiyə Ticarət Palatası (MATTO) İdarə heyəti sədrinin müavini İmer Selmaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan-Türkiyə İş Adamları Birliyinin qonağı olub.
FED.AZ xəbər verir ki, görüşdə ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov və Katibliyin rəhbəri Mehriban Əsədli iştirak ediblər.
İlk öncə nümayəndə heyətinə ATİB-in fəaliyyəti barədə məlumat verən Mürsəl Rüstəmov Birliyin bu günədək türk iş adamları ilə əməkdaşlığı və onlarla yerli bizneslər arasında əlaqələrin inkişaf etdirilməsindəki rolundan bəhs edib.
TESİAD İdarə Heyətinin sədri Halil İbrahim Yılmaz təmsil etdiyi Federasiyanın əsas fəaliyyət istiqamətləri barədə danışıb. O, qurumun üzvlərinin beynəlxalq ticarət əlaqələrini inkişaf etdirməsini və xarici bazarlara çıxışını dəstəklədiyini bildirib. Halil İbrahim Yılmaz həmçinin Federasiya üzvlərinin Azərbaycan bazarına daxil olmaqda maraqlı olduğunu və bu istiqamətdə yeni biznes və investisiya imkanlarını araşdırdığını qeyd edib.
Görüş çərçivəsində tərəflər iki qardaş ölkə arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.
Görüşün sonunda TESİAD nümayəndə heyətinə ATİB adından xatirə hədiyəsi təqdim edilib.






![Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - [red]FOTOLAR [/red] | FED.az](/upload/news/small/4122364.jpg)
![Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - [red]FOTOLAR [/red] | FED.az](/upload/news/small/4522981.jpg)
![Türkiyə və Makedoniya iş adamları ATİB-də bir araya gəldilər - [red]FOTOLAR [/red] | FED.az](/upload/news/small/953557.jpg)







