16 aprel 2024-cü il saat 10.00-da “Gəncə Şərab -2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcək.
FED.az xəbər verir ki, səhmdarların növbəti illik ümumi yığıncağı Gəncə şəhəri, Zaur İsmayılov küçəsi 86 nömrəli ünvanda, “Gəncə Şərab-2” ASC-nin inzibati binasında baş tutacaq
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2023-cü il üçün fəaliyyəti haqqında illik hesabatı.
2. Cəmiyyətin mühasibat balansının təsdiqi.
3. Mənfəətin bölüşdürülməsi, dividendlərin ödənilməsi qaydasının müəyyən edilməsi və müddəti.
Səhmdarların növbəti illik ümumi yığıncağının gündəliyinin materialları ilə müəssisənin mühasibatlığında tanış olmaq mümkündür.
Əlaqə telefonu – 022)-255-07-01.