11 dekabr 2023-cü il saat 15.00-a təyin edilmiş Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 nömrəli ünvanda keçiriləcək “Səba” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbədənkənar ümumi yığıncağının gündəliyinə dəyişikliklər edilib.
FED.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib.
1. “Səba” Açıq Səhmdar Cəmiyyətinin təsisçisi olduğu “Dəvəçi Broyler Dərin Emal” MMC-nin ləğv edilməsi haqqında.
2. “Səba”ASC-nin törəmə cəmiyyəti olan “Qarabağ Taxıl” MMC-nin 2022-ci maliyyə-təsərrüfat ilinin nəticələrinə əsasən dividendlərin elan edilməsi.
3. “Səba”ASC-nin törəmə cəmiyyətlərində iştirak payları və törəmə cəmiyyətlərin ümumi yığıncaqlarında təmsil edilmə barədə.
4. “Səba”ASC-nin nizamnamə kapitalı haqqında.
5. “Səba”ASC-nin yeni redaksiyada nizamnaməsi haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidir.
Əlaqə telefonu – +994124044441;
Ünvan – AZ0100, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti,1.