“Bakıxanov-Çörək” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
FED.az xəbər verir ki, yığıncaq 22 iyul 2021-ci il saat 11.00-da Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37 A nömrəli ünvanda Badukubə şadlıq evində keçiriləcəkdir.
Yığıncağın gündəliyi:
1. Cəmiyyətin 2019 və 2020-ci illər üzrə illik hesabatının təsdiqi.
2. Cəmiyyətin 2019 və 2020-ci illərin nəticələri üzrə dividendlərin verilməsi.
3.Cəmiyyətin müşahidə şurasının seçilməsi.
Səhmdarlar ümumi yığıncağın gündəliyinin materialları ilə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsi 26 B nömrəli ünvanda iş günləri saat 10.00-dan 16.00-dək tanış ola bilərlər.
Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır.
Ünvan-Bakı, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 37A, Badukubə şadlıq evi.