Azərbaycanın məşhur şirkəti, təmir-tikinti və yol tikintisi üzrə ixtisaslaşmış «Gəncə Körpü Tikini-2» ASC səhmdarlarına dividend ödəyəcək.
Bakıda 2 milyon manat kapital ilə - Yeni Şirkət
FED.az xəbər verir ki, bu məsələ şirkət səhmdarlarının noyabrın 1-də keçiriləcək ümumi yığıncaqda müzakirə olunacaq.
İclasda ASC-nin Maliyyə-Təftiş Komissiyasının hesabatı, idarə heyətinin 2020-ci il üzrə hesabatı, 2019-2020-ci maliyyə illəri üzrə maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinin müzakirə olunması və illik hesabatın təsdiq edilməsi, cəmiyyətin hüquqi ünvanının dəyişdirilməsi və dividendlərin paylanması məsələləri mühakirə ediləcək.
“Gəncə Körpü Tikini-2” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 1 noyabr 2021-ci il, saat 16:00-da Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda keçiriləcəkdir. Ümumi yığıncağın gündəliyinin materialları ilə iş günləri saat 10:00-dan 17:00-dək , Gəncə şəhəri, Əziz Nəzərov küçəsi 5 nömrəli ünvanda, Səhmdar Cəmiyyətin rəhbərliyinə müraciət etməklə, tanış olmaq mümkündür.
Xatırladaq ki, bir neçə ay əvvəl “Gəncə Körpü Tikini-2” ASC Gəncə şəhərində yolların təmiri işləri üzrə təqribən 4 milyon manatlıq tenderdə qalib gəlib.