“Böyükşor Avtonəqliyyat” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 15 fevral 2023-cü il saat 15.00-da keçiriləcəkdir.
Azərbaycan şirkətinin - RƏHBƏRLİYİ DƏYİŞƏCƏK
FED.az xəbər verir ki, gündəlikdəki məsələlər aşağıdakılardır:
1. Səhmdar cəmiyyətin 2022-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin yekunları.
2. Mənfəətin bölüşdürülməsi və dividendlərin hesablanması.
3. Təşkilati məsələlər.
Ümumi yığıncaq səhmdar cəmiyyətin yerləşdiyi ünvanda Bakı şəhəri, Böyükşor şossesi 2062-ci məhəllədə keçiriləcəkdir.
Səhmdarlar onları maraqlandıran məsələlərlə rəhbərliyə müraciət edə bilərlər.
Səhmdarlardan şəxsiyyət vəsiqəsinin və hesab açılmış bankın rekvizitlərinin təqdim edilməsi xahiş olunur.
Xatırladaq ki, “Böyükşor Avtonəqliyyat” ASC 2001-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 154 686 manatdır.