“S&P 500” indeksi bu gün, oktyabrın 13-də ticarətin əvvəlində 3491.6 bəndədək azalıb ki, bu da 1 noyabr 2020-ci ildən bəri ən aşağı dəyər olub. Eyni dövrdə Nyu-York Fond Birjasında ticarətin açılışında 500 bənddən çox ucuzlaşan “Dow Jones” indeksi də yenilənib – 28 660 bəndə enib.
Eləcə də bax: Yaponiyanın valyutası dollar qarşısında 1990-cı ildən bəri - Ən Aşağı Səviyyəyə Düşüb
FED.azBanker.az-a istinadən xəbər verir ki, indekslərin çöküşü ABŞ Əmək Departamentinin sentyabrda ölkədə istehlak qiymətləri indeksinin 0.4% artdığı yeni hesabatının dərcinin nəticəsi olub. Beləliklə, inflyasiyanın artım tempi 0.3% artım gözlənilən analitiklərin gözlədiyindən yüksək olub. İllik ifadədə ayın sonunda ABŞ-da inflyasiya 8.2% təşkil edib.
Artan inflyasiya o deməkdir ki, ABŞ hakimiyyət orqanları uçot faiz dərəcəsinin artırılması siyasətini davam etdirəcək, çünki görülən tədbirlər ölkədə qiymət artımını cilovlamaq və istehlak tələbinin azalmasının qarşısını almaq üçün kifayət etməmişdir.
Beynəlxalq birjalarda və Azərbaycanda istiqraz, səhm və digər investisiya alətləri ilə əməliyyatları InvestAZ investisiya şirkəti vasitəsilə həyata keçirmək mümkündür.